​“Roma Papasını aldadıb 12 il təqaüd aldı...” – POLİS EVİNƏ GİZLİ KAMERA YERLƏŞDİRDİ, ƏLİL OLMADIĞI ÜZƏ ÇIXDI

​“Roma Papasını aldadıb 12 il təqaüd aldı...” – POLİS EVİNƏ GİZLİ KAMERA YERLƏŞDİRDİ, ƏLİL OLMADIĞI ÜZƏ ÇIXDI

İtaliyada illərlə özünü əlil kimi aparan adamın fırıldağını üzə çıxarıblar. Bu haqda "Daily Mail" qəzeti yazıb.

Muxalifet.az bizimyol.info-ya istinadən xəbər verir ki, 55 yaşlı Roberto Qulyelmi 2007-ci ildə qonşusunun köməyi ilə yol qəzasını "səhnələşdirmişdi". Həmin hadisədən sonra italyan gəzə bilmədiyini iddia etmişdi. Roberto 12 il təqaüd alıb, avtomobilini həmişə əlillər üçün nəzərdə tutulan yerdə saxlayıb, bir çox imtiyazlardan istifadə etmişdi.

Qulyelmi həkimləri aldatmaq üçün çox oyundan çıxmışdı. Ağrıkəsici dərmanlar qəbul etmiş, ağır fizioterapiya prosesi keçmişdi. Həqiqəti hətta onun yaxınları, dostları da bilmirdi. O, cəmiyyət arasında olanda əlil arabasında hərəkət edir, yalnız evdə və ölkədən kənarda ayağa qalxırdı.

Tezliklə Qulyelmi özünü əlil kimi hiss etməyə başlayır, hərəkət məhdudiyyəti olan adamların haqları üçün mübarizəyə qoşulur. O, insanları müxtəlif yalanlarla aldadırdı. Polisdə xidmət etdiyini, banditlərlə atışmada yaralandığını bildirirdi. 2014-cü ildə Vatikana məktub yazaraq, Roma Papası ilə görüş əldə etməyi bacarmışdı.

Robertonun fırıldağı aprelin 9-da Toqodan istirahətdən qayıdanda üzə çıxıb. Sərnişinlər onun təyyarədən yaxınlarının köməyi olmadan düşdüyünü görüblər. Bundan sonra polis araşdırmaya başlayıb. Onun evində gizli kamera yerləşdiriblər. Beləcə, onun əlil olmadığı müəyyənləşib. Roberto hələlik ev dustaqlığında qalacaq. İstintaq bitəndən sonra onu həbs həyatı gözləyə bilər.

Hadisə xəbərləri
Muxalifet.az digər xəbərlər