Ronaldu bu uğursuzluğu ilk dəfə yaşadı

Ronaldu bu uğursuzluğu ilk dəfə yaşadı

Ötən gecə Kriştiano Ronaldunun çıxış etdiyi “Yuventus” klubu “Çempionlar Liqası”nın 1/4 final mərhələsində 1:2 (iki görüşün cəmi üzrə 2:3) hesabı ilə “Ayaks”a uduzub.

Modern.azxəbər verir ki, qarşılaşmada hesabı Ronaldu açıb, lakin “Yuventus” bu hesabı qoruya bilməyib. İlk qoldan 6 dəqiqə sonra Donni van de Beek hesabı bərabərləşdirib. Qarşılaşmanın ikinci hissəsində kapitan Matteys De Liqt “Ayaks”ın qələbə topuna imza atıb.

Bununla da portuqaliyalı futbolçu karyerasında ilk dəfə komandası ilə “Çempionlar Liqası”nın 1/4 final mərhələsini tərk edib..

İdman xəbərləri
Azeuronews.com digər xəbərlər