"Yuventus"un futbolçusu KriştianuRonaldu"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın Turin klubunu çalışdırmağını istəyir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Bildirilir ki, 48 yaşlı mütəxəssisin İngiltərə klubundakı işini bəyənən portuqaliyalı hücumçu onun İtaliya təmsilçisində işləməyinə müsbət baxır.
Xəbərdə o da qeyd olunub ki, "Yuventus"un hazırkı baş məşqçisi Massimiliano Alleqri mövsümün sonu klubu tərk edə bilər. Məhz bu səbəbdən A seriyası təmsilçisində yeni baş məşqçi danışıqları başlayıb.
Qeyd edək ki, "Yuventus" Çempionlar Liqasında mübarizəni dayandırdığı üçün klub rəhbərliyinin M.Alleqridən narazı olduğu iddia olunur. Buna görə onun 2021-ci ilin iyununda başa çatacaq müqaviləsinin daha tez - yayda ləğv edilə biləcəyi yazılıb.
Milli.Az