Ronaldu “Yuventus”dan ayrılmaq istəyir

Ronaldu “Yuventus”dan ayrılmaq istəyir

Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu İtaliyanın “Yuventus” klubunu tərk edə bilər.

“Report”un “La Repubblica”ya istinadən verdiyi məlumata görə, 34 yaşlı hücumçu Turin təmsilçisinin Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizəni dayandırmasından çox məyus olub.

Bildirilir ki, portuqaliyalı forvard 2020-ci ilin yayında “Yuventus”dan ayrılmaq istəyir.

Qeyd edək ki, Ronaldu ötən yay 112 milyon avro qarşılığında İspaniyanın “Real Madrid” klubundan “Yuventus”a keçib və 2022-ci ilin iyulundək müqavilə bağlayıb. Turin təmsilçisi qitənin ən nüfuzlu klub turnirində Hollandiya “Ayaks”ına uduzaraq mübarizəni dayandırıb (1:1, 1:2).

İdman xəbərləri
Azeuronews.com digər xəbərlər