“Rosneft” rəhbəri:"İrana qarşı sanksiyalar dünyada neft qıtlığı yaranmayacaq"
“Rosneft” rəhbəri:"İrana qarşı sanksiyalar dünyada neft qıtlığı yaranmayacaq"
Rusiyanın “Rosneft” dövlət neft şirkətinin rəhbəriİqor SeçinABŞ-ın İranın neft ixracına qoyduğu sanksiyalar nəticəsində bu ilin 2-ci və 3-cü rübündə dünya neft bazarında qıtlıq yaranacağını gözləmir.
“Report” “Komersant”a istinadən verdiyi xəbərə görə,“Rosneft” rəhbəri jurnalistlərə belə bir təhlükə görmədiyini bildirib.
Bu həftə ABŞ hökuməti ötən ilin noyabr ayında Çin, Yaponiya, Cənubi Koreya, Tayvan, Hindistan, Türkiyə, Yunanıstan vəİtaliya üçün İrana qarşı sanksiyalardan verdiyi möhləti uzatmayacağını açıqlayıb. ABŞ möhlət müddəti başa çatacaq mayın 2-dənetibarən İran neftinin hər hansı ölkəyə ixracını əngəlləməyə çalışacaq.
Açar sözlər
Türkiyə
, Iran
, Hindistan
, Abş
, Rusiya
, Yunanıstan
, Yaponiya
, Koreya
, Çin