Röya Avropanı Amerikanın paytaxtı adlandıran Şəbnəm Tovuzlu haqqında nələr dedi?

Röya Avropanı Amerikanın paytaxtı adlandıran Şəbnəm Tovuzlu haqqında nələr dedi?

Əməkdar artist Röya Ayxan Şəbnəm Tovuzlunun müdafiəsinə qalxıb.

Faktor.azxəbər verir ki, bir neçə gün əvvəl müğənni Nura Suri ATV-də yayımlanan "Ən yaxşısı” proqramında qonaq olarkən intelektual suallara cavab verə bilməyən həmkarlarını müdafiə edib.

Nura Suri bildirib ki, hansısa bir müğənninin Eynşteyni tanımaması normaldır:

“Hansısa müğənni Avropa haqda məlumatsız ola bilər. Oraya aid olan şəhərləri, hansısa ölkənin paytaxtını bilməyə bilər. Bunun işi oxumaqdır, alim deyil ki, ona irad tutaq. Əgər onun savadı çatıb, cavab verə bilməyibsə, mənim üçün onun insanlığı silinmir. Hörmətim varsa, elə də davam edir. Amma insanlar var ki, elə savadlıdır, hörmətlidir ancaq pislik edir. Xahiş edirəm hər şeyi şişirtməyin. Bizi İnstaqramda biabır etməyin”.

Röya Ayxan Nura Surinin bu fikirlərini instaqramda paylaşaraq onunla həmfikir olduğunu yazıb:

“Çünki başqa bir şey düşündükləri yoxdur. Biz gücü özünə çatanlarıq. "Bunu şişirdənlərə bəs sən niyə şou yarada bilmirsən" demək lazımdır. Səninlə razıyam, Nura”.

Qeyd edək ki, verilişlərin birində müğənni Mətanət Əsədova dünyaca məşhur alim Eynşteyni tanımamışdı, Şəbnəm Tovuzlu isə Amerikanı Avropanın paytaxtı adlandırmışdı.

Mədəniyyət xəbərləri
Faktor.az digər xəbərlər
Azərbaycan XİN: Ermənistan rəhbərliyi reallığı dərk etməlidir

Azərbaycan XİN: Ermənistan rəhbərliyi reallığı dərk etməlidir

09-05-2019 22:22 - Faktor.az - Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri və bu xüsusda səsləndirdiyi bəyanatlara münasibət bildirib.

Faktor.az xəbər verir ki, XİN bu çıxışların münaqişə tərəfləri arasındakı son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarla ziddiyyət təşkil etdiyini bildirib:
 
"Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri, bu xüsusda səsləndirilmiş bəyanatlar, eləcə də xarici işlər naziri də daxil olmaqla rəsmi Yerevanın səsləndirdiyi “Artsaxın azadlığının müdafiəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öhdəliyimizin əsasını təşkil edir” kimi fikirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar üçün çox yalnış ismarış olmaqla yanaşı, son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarda əks olunmuş əhalilərin sülhə hazırlanması çağırışı ilə kəskin ziddiyyət təşkil edir.

Hadisələrin bundan sonrak mümkün inkişafı ilə bağlı bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Bütün beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır.
Nərimanovda Qələbənin 74-cü ildönümü qeyd edilib

Nərimanovda Qələbənin 74-cü ildönümü qeyd edilib

09-05-2019 18:30 - Faktor.az - Siyasət

Mayın 9-u Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində faşizm üzərində Qələbənin 74-cü ildönümü ilə əlaqədar mərasim keçirilib.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev xalqımızın faşizmə qarşı mübarizədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərdiyini qeyd edərək, şanlı Qələbəyə neft Bakısının töhfəsinin də əvəzsiz olduğunu, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyətinin Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdiyini diqqətə çatdırıb.
 
Natiq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşdığını söyləyib.

Ulu Öndərimizin bu siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən A.Fərzəliyev, ölkəmizdə müharibə veteranlarına göstərilən dövlət qayğısını sosial siyasətin əsas istiqamətlərindən biri kimi səciyyələndirib.

“Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksinin dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını nəzərə çatdıran icra başçısı, tezliklə sözügedən kompleksdə Heydər Əliyev Fondu tərəfindən yenidənqurma işlərinin həyata keçiriləcəyini və faşizm üzərində Qələbənin 75-ci ildönümünün artıq tam yenilənmiş olacaq fərqli bir görünüşlü məkanda baş tutacağını bildiridi.

Milli Məclisin deputatı Adil Əliyev çıxışında tarixi Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənlimizin canlarından keçməsini, Azərbaycanın igid oğul və qızlarının müharibə tarixinə parlaq səhifələr yazmasını, veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrini xüsusi vurğulayıb.

Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Azərbaycan dövlətinin rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyinin yüksək qiymətləndirildiyini xüsusi qeyd edib.

Tədbirdə retro avtomobillərin yürüşü təşkil olunub.