Röya: "Əzablı sevgi yaşamaqdansa, subay ortalıqda qal"

Röya: "Əzablı sevgi yaşamaqdansa, subay ortalıqda qal"

Ağrıya dözümüm yoxdur. Baxım üçün mezolar var, etdirmirəm, ona görə də, onu əvəzləyən suya 800 manat verirəm. Mən lazeri belə narkoznan etdirmişəm. Şiddət olan heç nə mənlik deyil. Özüm özümə iynə vururam. Heç kim mənə iynə vura bilməz.

Milli.Az axşam.az-a istinadən bildirir ki,bu sözləri əməmkdar artist Röya Ayxan stilist Elnur Həsənov və aparıcı Nərgiz Məmmədovanın "Youtube" layihəsi olan "İdeal saat" verilişində deyib.

Baxım sirrlərini açıqlayan müğənni evində hətta lazer aparatının olduğunu söyləyib:

"Dırnaqlarımı belə özüm edirəm. Evdə aparatlarım var. Hətta lazer aparatım da var evdə. Gərək aşiq olum ki, bir-iki saata bunları edim. Subay vaxtımda nə edirəm bunları... Əzablı sevgi yaşamaqdansa, subay ortalıqda qalmaq yaxşıdır. Əsəb adamın özünü də pis günə qoyur".

Röya üzdəki plastik dəyişikliklərin əleyhinə olduğunu söyləyib:

"Qızlar sünilik edir. Qaşlarını qapqara edir, heç İranda bu yoxdu. Bu yazıq oğlan sizi makiyajsız yanında görməkdənsə, elə məni görsə yaxşıdır, qorxmaz. Özü qəşəngdir, amma yanaq qoydurub. Dodağın və burunu düzəltdirməyin əleyhinə deyiləm. Birinci diş etsinlər sonra dodaq yekəltsinlər".

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mədəniyyət xəbərləri
DİM I-IV ixtisas qrupları üzrə müsabiqə şərtlərini açıqlayıb - FOTO

DİM I-IV ixtisas qrupları üzrə müsabiqə şərtlərini açıqlayıb - FOTO

02-05-2019 12:54 - Unikal.org - Mədəniyyət
Müsabiqədə iştirak etmək üçün abituriyentlərin nəticələri aşağıdakı tələbləri ödəməlidir: I ixtisas qrupu üzrə: - Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır; - “Riyaziyyat”, “Fizika”, “Kompüter elmləri”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geologiya”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır; - Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır; - Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır: - Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqromühəndislik", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisasları və Naxçıvan Dövlət Universitetinin "Torpaqşünaslıq və aqrokimya" ixtisası üzrə ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Metbuat.az digər xəbərlər