Röyadan Şəbnəmə dəstək FOTO

Röyadan Şəbnəmə dəstək FOTO

Ötən gün müğənni Nura Suri həmkarı Şəbnəm Tovuzlunu müdafiə etmişdi. SİA-nın məlumatına görə, ifaçı “Hansısa bir müğənni Eynşteyni tanımaya bilər, Avropa haqda məlumatsız ola bilər. Oraya aid olan şəhərləri, hansısa ölkənin paytaxtını bilməyə bilər” sözlərini söyləmişdi.

Lakin onun bu fikirləri sosial mediada birmənalı qarşılanmayıb.

Nuraya və Şəbnəmin fikirlərinə dəstək olanlardan biri də Əməkdar artist Röya Ayxan olub. O, sözügedən xəbəri paylaşaraq, bu sözləri yazıb: “Başqa şey düşünmürlər – ona görə. Biz gücü özünə çatanlarıq. Bunları şişirdənlərə bəs sən niyə şou yarada bilmirsən demək lazımdır”.

Qeyd edək ki, verilişlərin birində müğənni Şəbnəm Tovuzlu Amerikanı Avropanın paytaxtı adlandırmışdı.

loading...

Mədəniyyət xəbərləri
Sia.az digər xəbərlər