Röyanın sərsəm sözlərinə Günaydan atmaca: “Oyan yuxudan…”

Röyanın sərsəm sözlərinə Günaydan atmaca:  “Oyan yuxudan…”

Əməkdar artist Röya Ayxan ilə müğənni Günay İbrahimli arasında qalmaqal yenidən alovlanıb.

Musavat.com xəbər verir ki, Röya "İdeal saat" "Youtube" layihəsində müğənnini onun ətrində istifadə etdiyi üçün qınayıb: "Müğənni Elçin Cəfərovun toyunda gördüm ki, Günay İbrahimli mənim istifadə etdiyim ətirdən vurdu və stolun üstünə qoydu. İstədim ona zəng vurub deyim ki, mən sənin yerində olsaydım o ətri ortaya çıxarmazdım. Çünki hamı bilir ki, bu ətir Röyanın ətridir. Həmin an bizim masa gülümsədi. Biz belə etməzdik, bu, özünə inamsızlıqdır. Mən buradan deyirəm ki, hər kəsin öz ətri, qoxusu olmalıdır. Bəzi qoxular var ki, anında kimin istifadə etdiyini bilirik. Hər qadın öz ətrini tapmalıdır".

Röyanın sözügedən açıqlaması yenidən ikilinin münasibətlərinə son qoyub. G.İbrahimli isə Röyanın adını çəkmədən ona atmaca atıb: "Başının üstünü ulduzlar alanda, gözlər uzaqlara dalanda, rəngli dünyana qapılanda oyan yuxudan! Çünki səndən yuxarıda lampalar, ətrafında rəngli süni ağaclar, həyatlar və xəyallar var".

Qeyd edək ki, daha öncə Röya Günayın mahnısını paylaşaraq ona barışıq addımı atmışdı. G.İbrahimli də onun jestinə müsbət cavab vermişdi. Beləliklə, ikilinin münasibətləri düzəlmişdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Mədəniyyət xəbərləri
Olaylar.az digər xəbərlər