Rusiya Arktikaya yeni raketlər yerləşdirəcək

Rusiya Arktikaya yeni raketlər yerləşdirəcək
Rusiya ordusu Arktikanın müdafiə mövqeyini möhkəmləndirmək məqsədilə həmin regiona əlavə raketlər yerləşdirəcək.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Donanması Şimal Filotiliyasının komandiri, admiral Nikolay Yevmenov bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Onun sözlərinə görə, zəngin hidrokarbon ehtiyatlarına sahib regionun müdafiəsi məqsədilə əlavə havadan müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır. Bu sistemlər tezliklə Yakutiyadakı Tiksi kəndində yerləşdiriləcək.
İnci Rzayeva