Rusiya-Azərbaycan-İran sammiti keçirmək barədə razılığa gəlinib

Rusiya-Azərbaycan-İran sammiti keçirmək barədə razılığa gəlinib

İki ölkə arasında ticari-iqtisadi əlaqələr inkişaf edir. SİA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin aprelin 26-da Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib. Rusiya Prezidenti xüsusilə vurğulayıb ki, birgə işimiz ümumiyyətlə, çox yaxşı gedir.
"Biz hətta əslində Sizin təşəbbüsünüzlə ticari-iqtisadi sahədə demək olar ki, xüsusi qarşılıqlı fəaliyyət mexanizmi yaratmışıq. Zənnimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Sonra Rusiya və Azərbaycan tərəfindən olan həmkarlarımızdan bu barədə danışmalarını xahiş edərik. Lakin bütövlükdə bizim münasibətlərin inkişafından məmnunuq. Əminəm ki, bu gün Sizinlə qarşılıqlı fəaliyyətimizin bütün aspektləri barədə danışacağıq.
Ticarətə gəldikdə, keçən il bizdə əmtəə dövriyyəsi demək olar ki, 14 faiz artıb və 2,5 milyard dollara çatıb. Beynəlxalq gündəlikdə də ortaq məsələlərimiz çoxdur. Biz razılığa gəlmişik ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçirək." - deyə V.Putin bildirib.

loading...

Siyasət xəbərləri
Sia.az digər xəbərlər