“Rusiya Cənubi Qafqazda möhkəmlənməyə çalışır” – Polad qanadların gətirdiyi mesaj...

Fikrət Sadıqov: “Gümrüdəki rus bazasının gücləndirilməsi bizim üçün birbaşa təhlükə kəsb etmir, amma...”
Mediada yer alan məlumatlaragörə, Rusiya Ermənistandakı 102-ci rus hərbi bazasındakı qırıcıları yeni nəsil “Su-30SM”qırıcıları ilə əvəzləməyi planlayır. Belə ki, yaxın gələcəkdə Gümrüyə 18 ədəd “Su-30SM”qırıcısının gətirilməsi nəzərdə tutulur.
Ermənistandakı rus hərbibazasının müasir təyyarələrlə təmin edilməsi Azərbaycan üçün birbaşa və yadolayısı ilə təhlükə kəsb edirmi? Rəsmi Bakı bununla bağlı hər hansı bir mövqeortaya qoymalıdırmı?
Moderator.az-a açıqlamaverən politoloq Fikrət Sadıqov baş verənlərin Rusiyanın Cənubi Qafqazda möhkəmlənməkniyyətindən xəbər verdiyini vurğuladı:
“Azərbaycan üçün əsas təhlükəondan ibarət ola bilər ki, Rusiya Ermənistanı müasir silahlarla təmin etsin. Hansıki, bundan öncə Ermənistana “İsgəndər”tipli raketlərin verilıməsi ilə bağlı müəyyən informasiyalar səslənib. Bu, ikiölkə arasındakı münasibətlərdən irəli gələn addım olsa da, ölkəmiz üçün də müəyyəntəhlükə kəsb edir.
Gümrüdəki rus hərbibazasının təkmilləşməsi, yeni silahlarla təmin edilməsi Azərbaycan üçün birbaşatəhlükə yaratmır. Bu, Ermənistan-Rusiya müttəfiqlik dərəcəsinin göstəricisidir.Ikincisi, Rusiya oradakı hərbi mövcudluğunu gücləndirməkdə maraqlıdır. Ukraynavə Gürcüstanın son illər Rusiyadan kifayət qədər uzaqlaşdığını nzəər alsaq,aydın olar ki, Rusiya Ermənistanı özünə müəyyən bir dayaq nöqtəsi hesab edir. Onlarbu dayaq nöqtəsini daha da gücləndirmək niyyətindədirlər. Hesab edirəm ki, buaddımlaırn arxasında Rusiyanın regionda möhkəmlənmək arzusu dayanır”.
Seymur ƏLİYEV