“Rusiya gözəli-2019” müsabiqəsinin qalibi müəyyən edildi...

Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, “Rusiya gözəli-2019” gözəllik müsabiqəsinin qalibi Rostov vilayəti Azov şəhərindən olan 20 yaşlı Alina Sanko olub. O, 3 milyon rubl məbləğində mükafat alıb və “ Dünya gözəli” və “Kainat gözəli” müsabiqələrində Rusiyanı təmsil etmək hüququ qazanıb. Gözəllik tacını Alina ötən ilki “Rusiya gözəli ”müsabiqəsinin qalibi Yuliya Polyaçixinanın əlindən alıb.
Veerilən məlumata görə Sanko uşaqlıqdan rəsm çəkməklə məşğul olub və dəfələrlə incəsənət üzrə keçirilən Olimpiadalarda birinci yeri tutub, eyni zamanda “Arxitektura və incəsənət” Ümumrusiya olimpiadalarında mükafata layiq yerlər qazanıb. Onun arzusu poetik axşamlar təşkil etməkdir.
Birinci vitse ölkə gözəli titulu Yekaterinburqdan olan Arina Verinaya çatıb. İkinci vitse gözəli Tatarıstanı təmsil edən Ralina Arabaovaya verilib.
Müsabiqə Podmoskovyedə “ Barvixa Luxuru Village” konsert salonunda keçirilib.