Rusiya HDD-yə 80-dən çox döyüş gəmisi təhvil verilib

Rusiya HDD-yə 80-dən çox döyüş gəmisi təhvil verilib
Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq şəhərində iki döyüş gəmisinin inşası mərasimində çıxışında deyib.

Bir çox layihənin işlənmə mərhələsində olduğuna diqqət çəkən Putin, gəmilərinin vaxtında inşa ediləcəyinə ümid etdiyini bildirib.

"Bu, Rusiyanın həm yaxın, həm də uzaq dəniz regionundakı maraqlarının və dəniz sərhədlərinin qorunması üçün mühümdür", - deyə o qeyd edib.

Putin Rusiyanın gəmi sənayesinin kadr və elmi texnoloji potensialını artırmağa davam edəcəyini də vurğulayıb.

Ağalar Ağalarlı

Açar sözlər
Vladimir Putin , Ağalar Ağalarlı , Rusiya , Sankt-Peterburq
Siyasət xəbərləri
Ordu.az digər xəbərlər