Rusiya hərbi gəmisi Aralıq dənizinə doğru yola çıxdı


Rusiyaya aid sualtı qayıq İstanbul boğazını keçərək Aralıq dənizi istiqamətinə gedib.

Teleqraf.com “Röyter” agentliyinə istinadən xəbər verir ki, rus sualtı qayığı bu gün boğazdan keçib.

Bosfordan səssiz keçən sualtı qayıq Qara Dəniz Donanmasına məxsus “Stary Oskol” qayığıdır. Onun hansı səbəbdən boğazı keçdiyi və hara gedəcəyi haqda da açıqlama verilməyib.

“Röyter” qeyri-rəsmi məlumata əsasən “Stary Oskol”un Aralıq dənizinə gedəcəyini bildirib. Ehtimal kimi sualtı qayığın Suriya proseslərinə dəstək məqsədilə yola çıxdığı deyilir.

Son məlumatlara görə, hazırda Aralıq dənizində ABŞ-ın 6 gəmisi və 10 mindən çox dəniz piyadası var.


Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər