"Rusiya ilə münasibətlərimizin inkişafından çox məmnunuq" İlham Əliyev

"Rusiya ilə münasibətlərimizin inkişafından çox məmnunuq" İlham Əliyev

Azərbaycan-Rusiya münasibətlərinin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Pekində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Yeni görüşümüzə çox şadam. Bizim görüşlərimiz münasibətlərimizin inkişafına çox ciddi təkan verir. Biz müntəzəm olaraq görüşürük və əlbəttə ki, bütün sahələrdə əməkdaşlığın, qarşılıqlı fəaliyyətin çox mühüm məsələlərini həll edirik. Münasibətlərimizin inkişafından çox məmnunuq. Onlar bütün sahələri əhatə edir və fəal siyasi dialoq aparılır. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik. Sizin qeyd etdiyiniz kimi, konkret layihələrin irəlilədilməsi üçün xüsusi mexanizm mövcuddur”.

İlham Əliyev bildirib ki, biznes dairələri birgə işləməyə çox böyük maraq göstərirlər: “Əlbəttə, nəqliyyat-logistika sahəsi əməkdaşlığın mühüm istiqamətidir. Burada da, energetika, kənd təsərrüfatı, humanitar əməkdaşlıq sahələrində də yaxşı nəticələrimiz var. Düşünürəm ki, qarşılıqlı münasibətlərin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir. Buna görə də əminəm ki, bizim indiki görüşümüz də dostluğa, mehriban qonşuluğa, qarşılıqlı dəstəyə, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimizin gələcək inkişafına yaxşı təkan verəcək. Biz bu münasibətləri çox dəyərləndiririk, onları çox qiymətləndiririk və onların fasiləsiz inkişaf edəcəyinə ümid bəsləyirik”.

loading...

Siyasət xəbərləri
Azərbaycan Gürcüstan kimi prezident görmək istəyir?

Azərbaycan Gürcüstan kimi prezident görmək istəyir?

26-04-2019 09:55 - Milliyol.az - Siyasət
Bu səslərin bir hissəsi ikinci turda Georgi Vaşadzeyə verilsə, onun prezident seçilməsi təmin olunacaq.
 
 
 
 
 Populyarxəbərlər
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 10.02.2019
 
 
 
 
 

 
 
 
 
 
 11.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 12.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 



Bu arada, iki sual da səsləndirilir:
Birinci sual: Georgi Vaşadze prezident seçilərsə, Mixail Saakaşvili Gürcüstana qayıdacaqmı?
İkinci sual: Georgi Vaşadzenin qələbəsində sonra Gürcüstanda erkən parlament seçkiləri keçiriləb bilərmi?
Georgi Vaşadze prezident seçilərsə Mixail Saakaşvilini geri qayıdışı mümkündür.
Sia.az digər xəbərlər