Rusiya İrana qarşı sanksiyalara qoşula bilər?

Rusiya İrana qarşı sanksiyalara qoşula bilər?

Rusiyanın İrana qarşı sanksiyalara qoşulacağını demək hələ çox tezdir.

Faktor.azxəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov deyib. Onun sözlərinə görə, Moskva İranla bağlı yaranan son situasiyanı diqqətlə öyrənəcək.

O, İrana qarşı düşünülməmiş siyasətin gələcəkdə arzuolunmaz addımları provokasiya edəcəyini bildirib. (axar.az)

Siyasət xəbərləri
Faktor.az digər xəbərlər
Sosial artımların davamlılığı üçün  nə lazımdır ?

Sosial artımların davamlılığı üçün nə lazımdır ?

08-05-2019 13:45 - Faktor.az - İqtisadiyyat
Vergi yoxlaması nəticəsində 2018-ci ildə iri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə marketlərdə 122 milyon, özəl tibb müəssisələrində 230 milyon manat vəsaitin dövlət büdcəsindən yayındırılma halı aşkarlanaraq, büdcəyə daxil edildi.

Hesablama Palatasının 2018-ci ildə həyata keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində isə 15 milyon 214,9 min manat, 52,2 min avro, 224,1 min manat dollar və 27,4 min İsveç frankı məbləğində vəsait büdcəyə ödənildi.

Palatanın hesabatına əsasən, əvvəlki illərdə aparılmış tədbirlərin nəticəsi olaraq 6 milyon 584,4 min manat və 1,3 min ABŞ dolları məbləğində vəsait dövlət büdcəsinə, 172,5 min manat məbləğində vəsait isə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinə ödənilib ki, bununla da 2018-ci il üzrə 22 milyon 271,7 min manat, 52,2 min avro və 225,6 min ABŞ dolları və 27,4 min İsveç frankı məbləğində vəsaitin bərpası təmin olunub.

Bu ildən isə həmçinin, iqtisadiyyatı tənzimləmə vasitələrinin rolu, mexanizmi də dəyişdirildi ki, bununla da dövlət-biznes münasibətlərində yeni mərhələ start götürdü, vergi qanunvericiliyinə 300-ə yaxın yeniliklər həyata keçirilməklə, bir çox gömrük rüsumları, qaydaları da yüngülləşdirilərək sadələşdi.