Rusiya Ortodoks kilsəsi: Azərbaycan sabitlik adasıdır

Rusiya Ortodoks kilsəsi: Azərbaycan sabitlik adasıdır

Din beynəlxalq və dövlətlərarası əlaqələrdə çox əhəmiyyətli rol oynayır".

ONA-nın məlumatına görə, bunu Azərbaycandakı Rusiya Ortodoks kilsəsinin mətbuat katibi Konstantin Pominov "Dinlərarası dialoq və radikalizmlə mübarizə" adlı konfransda deyib. Onun sözlərinə görə, Azərbaycan sabitlik adasıdır: "Azərbaycan açıq şəkildə tolerantlıq və multikulturalizm nümayiş etdirir. Burada bütün dinlərin nümayəndələri sülh içərisində yaşayır".

Azərbaycanda Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev çıxışında deyib ki, Azərbaycanda multikulturalizm və tolerantlıq həyat tərzinə çevrilib: "Mən bu gün milli qəhrəman Albert Aqarunovun 50 illik yubileyi münasibətilə Şəhidlər Xiyabanında oldum. Orada tanımadığım yüzlərlə insan onun ruhunu yad etməyə gəlmişdi. Albert Aqarunovun adına Azərbaycanın müxtəlif şəhərlərində və rayonlarında küçələr, mərkəzlər var. Bu da Azərbaycanda yəhudilərə olan münasibətin bariz nümunəsidir".

Açar sözlər
Albert Aqarunov , Azərbaycan , Konstantin , Rusiya
Siyasət xəbərləri
Ona.az digər xəbərlər