Rusiya peşmərgə ilə də razılaşdı: Əsəd dirçəlir

Rusiya peşmərgə ilə də razılaşdı: Əsəd dirçəlir

Rusiya Suriya PrezidentiBəşər Əsədi xilas etmək üçün daha bir addım atıb.

Axar.az Türkiyənin "Yeni Şəfəq" qəzetinə istinadən xəbər verirki, PYD (peşmərgə) rəsmiləri Rusiyanın vasitəçiliyi ilə Dəməşqəsəfər edib. Danışıqlar zamanı İŞİD-ə qarşı Suriya ordusu ilə birgəquru əməliyyatlarının aparılması barədə razılıq əldə olunub.

Hərbi əməkdaşlığın ölkənin şərqini, Suriya-İraq sərhədini əhatəedəcəyi bildirilir.

Əməliyyatların koordinasiyalı aparılması üçün isə Qamışlışəhərində əlaqə bürosu qurulacaq. Sözügedən büroda 7 suriyalı zabitçalışacaq.

Həmçinin Rusiyanın vasitəçiliyi ilə PYD-nin Haseki şəhərindətutduğu əraziləri rejim ordusuna təhvil verdiyi bildirilir.

Rusiyanın PYD-nin quru dəstəyinə qarşılıq olaraq, hansı sözüverdiyi isə maraqla gözlənilir. "PYD lideri Salih Müslim Moskvadanmuxtariyyət vədi alıb" barədə şayiələr yayılıb.

Qeyd edək ki, ötən gün də Suriya müxalifəti İŞİD-ə qarşı rejimləbirgə döyüşməyə hazır olduqlarını açıqlayıb.

Siyasət xəbərləri
Axar.az digər xəbərlər