Rusiya Premyer Liqası: 25-ci turun bütün nəticələri

Rusiya Premyer Liqası: 25-ci turun bütün nəticələri

Rusiya Premyer Liqasında 25-ci turun oyunları başa çatıb.

SİA-nın məlumatına görə, turun son oyunu Tula şəhərində keçirilib. Burada yerli “Arsenal” Moskva “Spartak”ını qəbul edib. Moskvalılar gözlənilmədən 0:3 hesabı ilə məğlub olublar.

Milli komandamızın hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” öz meydanında “Ural”ı qəbul edib. Şeydayev start heyətində meydana çıxıb və sonadək meydanda olub. Təəssüf ki, oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Digər görüşdə “Yenisey” – “Orenburq”u 2:1 hesabı ilə məğlub edib.

Turun dünən keçirilən oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Rostov” - “Lokomotiv” 1:2

“Axmat” – “Krasnodar” 1:1

“ÇSKA” – “Anji” 2:0

“Rubin” – “Ufa” 1:1

“Zenit” – “Dinamo” 2:0

loading...

İdman xəbərləri
Sia.az digər xəbərlər