Rusiya regionlarında Azərbaycan məhsullarının çeşidini artırmaq üçün layihə hazırlanıb

Rusiya regionlarında Azərbaycan məhsullarının çeşidini artırmaq üçün layihə hazırlanıb

Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyi Rusiya regionlarına ərzaq tədarükünün həcm və çeşidinin artırılmasını, xüsusilə də Sverdlovsk vilayətində mağazalar şəbəkəsinin yaradılmasını nəzərdə tutan layihə hazırlayıb.

"Ural Ticarət və Sənaye Palatasının meydançasında "Azərbaycanın sovqatları" layihəsinin təqdimatı keçirilib. Layihə Sverdlovsk vilayətində Azərbaycan məhsullarının satışının həyata keçirildiyi mağazalar şəbəkəsinin yaradılmasını nəzərdə tutur", - deyə Russian Business Guide (RBG) məlumat verir.

Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərov layihənin təqdimatında iştirak edib. O, layihənin həyata keçirilməsində Ural Ticarət və Sənaye Palatasının köməyinə ümidvar olduğunu deyib.

“Nümayəndəliyin baş müşaviri Namiq Xəlilov bildirib ki, Azərbaycan istehsalı olan qənnadı məmulatları, şərab və meyvə-tərəvəz məhsullarının bir çoxu Moskvada və Moskva vilayətində satılır. Çünki Azərbaycanın Ticarət Nümayəndəliyi Rusiyanın paytaxtında fəaliyyət göstərir və ərzaq məhsullarının təşviqi üzrə genişmiqyaslı aksiyalar təşkil edir. Bundan əlavə, Azərbaycan məhsulları Moskvada keçirilən “World Food Moscow” və PRODEXPO sərgilərində geniş təmsil olunub”, - deyə RBG bildirir.

Rusiyanın digər subyektlərində Azərbaycan məhsullarının çeşidi olduqca azdır, bu, həm də məhsulların Rusiya regionlarına çatdırılma sisteminin zəif təşkil olunması ilə əlaqədardır.

“Azərbaycanın sovqatları” layihəsi Rusiya regionlarında məhsul çeşidinin artırılması məqsədilə hazırlanıb.

"Azərbaycanın planlarında Sverdlovsk vilayəti xüsusi yer tutur. Xüsusilə Orta Ural sahibkarları Ural Ticarət və Sənaye Palatasının vasitəçiliyi ilə Bakıda keçirilən biznes forumlarda və Yekaterinburqda təşkil olunan Rusiya-Azərbaycan regionlararası forumlarında iştirak edirlər. İqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi sayəsində Sverdlovsk vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsi durmadan artır: 2018-ci ildə bu göstərici 1,8 dəfə artaraq 95 mln. dollar təşkil edib", - deyə nəşr yazır.

İqtisadiyyat xəbərləri
DİQQƏT! "Kupça" ilə bağlı VACİB 5 suala - cavab

DİQQƏT! "Kupça" ilə bağlı VACİB 5 suala - cavab

20-04-2019 22:12 - Big.az - İqtisadiyyat
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü maddəsinə əsasən, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 10 manat dövlət rüsumu nəzərdə tutulub.2) Həyət evini daşınmaz əmlakın dövlət reystrində qeydiyyata aldırmaq üçün tələb edilən prosedurlar nələrdir?Cavab: yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün aşağıdakı sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə təqdim edilməlidir:- ərizə- əgər ev tərəfinizdən inşa olunubsa, tikinti işlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılaraq başa çatdırılmasını təsdiq edən sənədlər- əgər ev alqı-satqı qaydasında əldə edilibsə, notariat qaydasında təsdiq edilmiş əqd (məsələn, alqı-satqı müqaviləsi)- evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətdə və ya qanuni istifadədə olduğunu təsdiq edən sənədlər- dövlət rüsumunun ödənilməsi barədə sənəd- şəxsiyyəti təsdiq edən sənəd.3) Mənzilin özəlləşdirilməsi üçün hara və hansı sənədlərlə müraciət etdilməlidir?Cavab: mənzilin özəlləşdirilməsi üçün “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş aşağıdakı sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim edilməlidir:- mənzil sahəsinin orderi;- mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsi (notariat qaydasında təsdiq olunur);- mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma).
Marja.az digər xəbərlər