"Rusiya S-400-ləri bu ilin iyul ayında Türkiyəyə göndərəcək" - Rəsmi açıqlama

"Rusiya S-400-ləri bu ilin iyul ayında Türkiyəyə göndərəcək" - Rəsmi açıqlama

Rusiya S-400 raketlərini bu ilin iyul ayında Türkiyəyə göndərəcək.

Mia.az xəbər verir ki, bu barədə Rusiyanın "Rosoboronexport" hərbi birliyi məlumat yayıb.

Qeyd edilib ki, S-400 hava müdafiə sistemlərinin Türkiyəyə təslimi iyul ayından etibarən başlayacaq.

Qeyd edək ki, ABŞ bu silahdan imtinası üçün rəsmi Ankaraya təzyiqləri artırıb. Hətta Türkiyəyə satacağı F-35 qırıcılarının göndərilməsini dayandıracaqlarını açıqlayıblar. Amma görünür, Türkiyə bu basqılara boyun əymək niyyətində deyil.

Siyasət xəbərləri
Mia.az digər xəbərlər