Rusiya silahlanmasına lazer sistemləri daxil olub

Rusiya silahlanmasına lazer sistemləri daxil olub
Ordu.az TASS xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi qəzetində bildirilib.

Məlumata görə, bu lazer sistemləri 2017-ci ildən bəri sınaqdan keçirilirdi. İndi isə hərbi heyət bu qabaqcıl silahlardan istifadə etmək üçün təlimlərdən keçib, onların işə salınması və istifadəsi ilə bağlı bacarıqlarını artırıb. Qısa müddətdə lazer silahların işə düşəcəyi gözlənilir.

Qeyd edək ki, Putin bu silahlardan bəhs edərək onları Rusiyanın rəqiblərindən qabaqda olduğunu göstərən “əhəmiyyətli irəliləyiş” adlandırıb.

Sevinc Əliyeva

Açar sözlər
Sevinc Əliyeva , Müdafiə Nazirliyi , Tass , Rusiya
Siyasət xəbərləri
Ordu.az digər xəbərlər