Rusiya, Türkiyə və İran Nur-Sultanda Suriyanı müzakirə edir

Rusiya, Türkiyə və İran Nur-Sultanda Suriyanı müzakirə edir

Rusiya, Türkiyə və İran Nur-Sultanda Suriyanı müzakirə edir

Bu gün Suriya münaqişəsinin nizamlanmasının zamin ölkələri Rusiya, Türkiyə və İran Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Suriyaya dair konfransda ikinci görüşünü keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, gündəlikdə qaçqınların geri qayıtması, həmçinin Suriya münaqişəsi tərəflərinin girov və əsirlərin dəyişdirilməsi məsələsinin olduğu qeyd edilir.

Görüşdə BMT-nin qaçqınlar üzrə ali komissarlığının nümayəndələri də iştirak edir.

Qeyd edək ki, bir sıra ikitərəfli və üçtərəfli görüşlərdən sonra iştirakçılar plenar iclasda görüşəcəklər.

Ağalar Ağalarlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya Türkiyə İran Suriya-münaqişəsi

Açar sözlər
Ağalar Ağalarlı , Bmt , Türkiyə , Iran , Qazaxıstan , Rusiya , Suriyan
Siyasət xəbərləri
Ordu.az digər xəbərlər
Bakı uğrunda qlobal oyun: İngilislər bolşeviklərlə necə birləşdi?

Bakı uğrunda qlobal oyun: İngilislər bolşeviklərlə necə birləşdi?

26-04-2019 15:25 - Ordu.az - Siyasət


Avantüra xarakterlı plan QİO-nun tərkibindəki Osmanlı hissələrinin yorğunluğuna, azərbaycanlı könüllülərdən təşkil edilmiş hissələrin zəifliyinə, erməni rəhbərlərinin vəd etdikləri "erməni qoşunlarının qəhrəmanlıqları”na, ingilis hərbi texnikası və maliyyə gücünə arxalanırdı. 

 
Beləliklə, hadisələrin gedişi zamanı ingilis hərbi rəhbərliyinin üç planı ilə üzləşirik: 1-ci plan (1917-ci ilin sonlarında hazırlanmış, 1918-ci ilin may ayında 2-ci planla əvəz edilmişdir): rus, gürcü və erməni qoşunlarını nizamlayıb Almaniya və Osmanlı qoşunlarına, sonra isə bolşeviklərə qarşı müdafiə təşkil etmək; 2-ci plan (1917-ci 96 ilin iyunun əvvəllərində hazırlanmış, 1918-ci ilin avqustun sonlarında 3-cü planla əvəz edilmişdir): Bakıda möhkəmlənərək erməni qoşunlarını silah və sursatla, təlimatçılarla təmin etmək, QİO-nun hücumlarının qarşısını almaq, vaxt qazanmaq, əlavə ingilis qoşunları gələndən sonra hücuma keçmək); 3-cü plan (1918-ci ilin avqustun sonlarında hazırlanmış, ingilislərin sentyabrın 14-də evakuasiyası nəticəsində həyata keçirilməmişdir): ingilis qoşunlarını Bakıdan evakuasiya etmək, Sentrokaspi Diktaturasını hərtərəfli dəstəkləmək (silah, sursat, təlimatçılar, Biçeraxovun qüvvələri), döyüşlərin davam etməsi və tərəflərin zəifləməsinə nail olmaq.