Rusiya XİN ABŞ prezidentinin bəyanatı haqda


Rusiya XİN ABŞ prezidentinin bəyanatı haqda

Kreml ABŞ Prezidenti Donald Trampın nüvə silahlarının məhv edilməsinin vacibliyi ilə bağlı ideyasını müsbət qiymətləndirir.

Bunu RF prezidentinin mətbuat katibi Dimitri Peskov deyib. “Gözəl ideyadır! Lakin heç bir detal verilməyib. Təşəbbüsün mahiyyəti barədə anlayış yoxdur”, – deyə o bildirib.

CNN telekanalının məlumatına əsasən, Ağ Evin rəhbəri Rusiya və Çini də əhatə edəcək yeni nüvə sazişi ilə bağlı nazirliklərlə danışıqlar aparır. Donald Tramp, eyni zamanda bütün ölkələrin nüvə silahından imtina etməli olduğunu bildirib. O, sazişin bütün silah növlərini, döyüş başlıqlarını və raketləri əhatə etməsini istəyir.

Rusiyanın Xarici İşlər Nazirliyi isə qeyd edib ki, ABŞ Prezidentinin bəyanatını yalnız alqışlamaq olar və Moskva nüvə sazişi barədə təklifin daxil olacağı təqdirdə onu nəzərdən keçirəcək.

Cebhe.info


Oxunma sayı: 45