Rusiya XİN: “Sasna srer” partiyasının məqsədi Ermənistanın həm indiki ərazisinin, həm də Dağlıq Qarabağın daxil olduğu “yeni Ermənistan” yaratmaqdır

Rusiya XİN: “Sasna srer” partiyasının məqsədi Ermənistanın həm indiki ərazisinin, həm də Dağlıq Qarabağın daxil olduğu “yeni Ermənistan” yaratmaqdır

Moskva, 8 may, AZƏRTAC

AZƏRTAC-ın xəbər verdiyi kimi, Rusiya XİN “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın müasir formalarının və onlarla bağlı dözümsüzlüyün yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzəsini açıqlayıb.

Bildirilir ki, məruzə dünyanın bir sıra ölkələrində müşahidə olunan nasizm, neonasizm, ksenofobiya və onlarla bağlı dözümsüzlük hallarının artmasına beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək istiqamətində Rusiya XİN-in səylərinin davamıdır.

Məruzədə vurğulanır ki, Ermənistanın keçmiş hakim Respublika Partiyası barəsində Üçüncü Reyx ilə əməkdaşlıq haqqında informasiya olan Qaregin Njde kimi millətçi cərəyana məxsus qaragüruhçu “siyasətçi”nin xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımlar atıb.

Sənəddə Ermənistanın millətçi cərəyana məxsus siyasi təşkilatları arasında 2018-ci ilin payızında siyasi partiya kimi qeydiyyata alınmış “Sasna srer” fərqləndirilir. Vurğulanır ki, “Sasna srer” ideologiyasının əsasını Ermənistan Respublikasını “cinayətkar Rusiya-Türkiyə sözləşməsinin törəməsi“ (1921-ci ilin Moskva müqaviləsi) kimi tanımaqdan imtina etmək və “yeni dövlət yaratmaq” uğrunda mübarizə aparmaq təşkil edir. Məruzədə deyilir: “Partiyanın açıqlanmış məqsədləri Ermənistanın həm indiki ərazisinin, həm də Dağlıq Qarabağın daxil olduğu “yeni Ermənistan yaratmaq”, habelə xarici ölkələrdə yaşayan erməniləri ümummilli referendum vasitəsilə birləşdirməkdir”. Bundan əlavə, partiyanın proqram göstərişlərində guya “Rusiya müstəmləkəçiliyi tərəfindən tapdalanmış” hüquqların bərpa olunması, "Naxçıvanda və Axuryan çayının qərbində Ermənistan hakimiyyətinin səlahiyyətinin bərqərar edilməsi" vəzifəsi xüsusi vurğulanır. Xatırladılır ki, bu partiyanın tərəfdarları 2016-cı ilin iyulunda Yerevanda post-patrul xidməti alayının binasına silahlı hücum ediblər. Nəticədə iki polis həlak olub. Partiya 2018-ci ilin parlament seçkilərində seçicilərin səslərinin 1,82 faizini toplayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Siyasət xəbərləri

Qarabağ separatçılarının liderlərindən Paşinyana müraciət: Köçəryanla bağlı

08-05-2019 08:27 - Cebhe.info - Siyasət
Qarabağın birinci prezidenti Robert Köçəryanın hazırda həbsdə olması faktını nəzərə alaraq, 9 may ərəfəsində sizdən onun barəsində verilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edirik”.

Saakyan və Qukasyan daha sonra yazırlar ki, onlar bütün məhkəmə dövründə Köçəryanın azadlıqda qalması üçün istənilən zəmanəti verməyə hazırdırlar.

Onlar ümid etdiklərini bildirirlər ki, belə bir addım“təkcə bütün dünyaya yox, həm də düşmənə bizim həmrəylik və birlik siqnalımız olardı”.

2008-ci il 1 mart hadisələri zamanı Ermənistanda Konstitusiya quruluşunu devirməkdə və külli miqdarda rüşvət almaqda ittiham olunan Robert Köçəryan 2018-ci ilin 7 dekabrından həbsxanadadır.

Köçəryan və daha üç keçmiş yüksək vəzifəli məmur barədə iş məhkəməyə verilib.

Dağlıq Qarabağdakı separatçı rejiminin sözçüsü David Babayan “Azatutyun”a deyib ki, o, bu məktubun Bako Saakyan və baş nazir Nikol Paşinyan arasında gərginlik yaradacağına inanmır.

Ermənistanın Baş Prokurorluğu bu məktuba cavab olaraq yazıb ki, iş məhkəmədə olduğuna görə, artıq prokurorluq orqanının səlahiyyətində deyil.

“Azatutyun” yazır ki, Köçəryanın bu “üçqat bayramda” iştirakı ağlabatan görünmür, üstəlik, o, hələ azadlıqda və vəzifədə olduğu vaxtlarda da Qarabağda keçirilən tədbirlərdə iştiraka həvəs göstərmirdi.

Bununla belə, “Azatutyun” yazır ki, Nikol Paçinyanın özü Qarabağda mayın 9-da keçiriləcək tədbirlərdə iştirak edəcək.

Xatırlatma

Mayın 8-də Şuşa şəhərinin işğalından 27 il ötür.

Şuşa şəhərinin işğalı ilə Ermənistan silahlı birlikləri Dağlıq Qarabağa nəzarəti tam ələ keçiriblər.

İşğal zamanı Şuşa şəhəri və rayonun 30 kəndinin dağıdıldığı bildirilir.
Azertag.az digər xəbərlər