Rusiya yenidən 'Volqa' istehsal edəcək

Rusiya yenidən 'Volqa' istehsal edəcək

Qorki Avtomobil Zavodu (QAZ) gələn il yeni texnoloji tərəfdaşın dəstəyi ilə “Volqa” brendi altında avtomobillərin istehsalına başlaya bilər, o, yaxın gələcəkdə texniki tərəfdaş haqqında qərar qəbul etmək niyyətindədir.

"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov deyib.

"Həmkarlar deyirlər ki, yeni modelin hazırlanması təxminən 8-9 ay çəkir. Amma biz bir qədər əlavə ehtiyat müddəti götürürük. Yaxın gələcəkdə partnyorla bağlı qərar vermək planlaşdırılır. Bir il vaxt deyək. Hesab edirəm, gələn yaya qədər”, - deyə o bildirib.

Açar sözlər
Rusiya Sənaye Və Ticarət Nazirliyi , Qorki Avtomobil Zavodu
İqtisadiyyat xəbərləri
Ağdamda fərdi yaşayış evlərinin tikintisi ilə bağlı - BÖYÜK TENDER ELANI - ŞƏRTLƏR

Ağdamda fərdi yaşayış evlərinin tikintisi ilə bağlı - BÖYÜK TENDER ELANI - ŞƏRTLƏR

02-06-2023 15:02 - Fed.az - İqtisadiyyat
Təşkilat - “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəet­mə Xidməti” Publik Hüquqi Şəxs VÖEN - 3201635961 Bank - “ABB”nin Mərkəz filialı Kod - 805722 VÖEN - 9900001881 H/h - AZ95İBAZ38030019443196817204 M/h - AZ03NABZ01350100000000002944 SWIFT İBAZAZ2X İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim et­məlidirlər: • tenderdə iştirak etmək üçün ərizə; • iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi; • tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır); • tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təmina­tın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətin­dən 30 bank günü çox olmalıdır); • tender iştirakçısının tam adı, nizamnaməsi və (hüquqi şəxslər üçün) qeydiyyatdan keçdiyi rekvizitləri; • malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzala­yacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilmək­lə məlumatlar (əlavə №19); • malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müd­dət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziy­yəti barədə bank tərəfindən verilmiş arayış; (tender elanından son­rakı tarixdə alınmış sənəd təqdim edilməlidir); • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödəniş­lərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəy­yən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud ol­maması barədə arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir); • iddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin ol­ması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir); • öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək im­kanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış; (tender elanın­dan sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir); • müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kom­mersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış; (ten­der elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir); • satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzin­də özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşə­kar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barə­də arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir); • müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı; • malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surə­ti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir); • kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit he­sabatları; • baş podratçı kimi son beş il (2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 10 (on) milyon manat­dan az olmayan, müraciət edənin isə ən azı 5 (beş) milyon manat olan (müraciət edən müqaviləni birgə müəssisənin üzvü kimi icra etmişdirsə) və oxşar işi əhatə edən (oxşarlıq, layihə və texniki spe­sifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnologiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı 2 (iki) sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat və təs­diqedici sənədlər təqdim edilməlidir; • son beş il ( 2017-ci il yanvarın 1-dən 2021-ci il dekabrın 31-dək ) ərzində tikinti- quraşdırma işləri üçün ən azı 15 (on beş milyon ma­mat) milyon manat dövriyyə tələb olunur və TMV-nin 1.6-cı bəndində tələb edilən digər sənədlər.
Olke.az digər xəbərlər