Rusiyada Azərbaycan diasporu birləşir -NƏHAYƏT

Rusiyada Azərbaycan diasporu birləşir
-NƏHAYƏT

Aprelin 27-də Rusiyada Azərbaycanlıların Birinci Moskva Forumu keçiriləcək. Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçiriləcək Forum paytaxt Moskvada, Prezident otelində baş tutacaq. Forumun Təşkilat Komitəsindən verilən məlumata görə, tədbir iki hissəli olacaq. İlk hissədə Rusiya-Azərbaycan əməkdaşlığı, strateji tərəfdaşlıq məsələləri müzakirə ediləcək. Tədbirdə ictimai siyasi xadimlər, eyni zamanda Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və çoxsaylı qonaqlar iştirak edəcəklər. Forumun ikinci hissəsində önəmli qərarlar qəbul ediləcək. Forum çərçivəsində Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) təsis konfransı keçiriləcək. Konfransda həmçinin RAİ prezidenti və İdarə Heyətinin üzvləri seçiləcək.

Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədov bildirib ki, Forum Azərbaycan diasporunun güclənməsi, daha təkmil və koordinasiyalı formada fəaliyyət göstərməsi üçün önəmli addımdır. Onun sözlərinə görə Rusiyadakı Azərbaycan diasporunun birliyi, daha effektiv fəaliyyət göstərməsi ilə bağlı müzakirələr aparılacaq, önəmli qərarlar qəbul ediləcək: “Atacağımız addımlar Azərbaycan diasporunun daha effektiv fəaliyyətini təmin etmək və dövlətimizin diaspor siyasətinə dəstək verməkdir”.

Füzuli Məmmədov Rusiyada fəaliyyət göstərən bütün diaspor təşkilatlarını Rusiya Azərbaycanlıları İttifaqının ətrafında sıx birləşməyə çağırıb: “Bir daha nəzərinizə çatdırıram ki, bu addım dövlətçiliyimizə, Azərbaycanın gələcəyinə, birliyinə, bütövlüyünə və daha da güclənməsinə xidmət edir. Bilirsiniz ki, Rusiyada Azərbaycan diasporunun daxilində olan arzuolunmaz hallara, birliyimizə, milli mənafelərimizə zərbə vuran intriqalara, lazımsız söz-söhbətlərə birdəfəlik son qoyulması vacib şərtdir. Bunun üçün isə bir ideya ətrafında birləşməyimiz olduqca önəmlidir və həlledici əhəmiyyət daşıyır. Bu baxımdan Rusiya Azərbaycanlıları İttifaqı önəmli platformadır. Rusiyada fəaliyyət göstərən hər bir diaspor təşkilatına səslənirəm ki, vahid ideya ətrafında birləşək. Əgər bir olarsaq, daha böyük işlər görə bilər, dövlətimizə və Rusiya-Azərbaycan münasibətlərinə daha ciddi töhfələr verə bilərik”.

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər
Aprelin 28-i növbəti qəbul imtahanı keçiriləcək

Aprelin 28-i növbəti qəbul imtahanı keçiriləcək

24-04-2019 11:43 - Moderator.az - Mədəniyyət
DİM-dən Moderator.az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaqDövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il aprelin 28-də :– ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları;– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;– Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;–xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları;– üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları;– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.