Rusiyada Azərbaycan vətəndaşı yol qəzasında yanaraq öldü - VİDEO

Rusiyada Azərbaycan vətəndaşı yol qəzasında yanaraq öldü - VİDEO

Bu gün Çelyabinsk yaxınlığında baş vermiş ağır yol nəqliyyat hadisəsində Azərbaycan vətəndaşı faciəvi şəkildə ölüb. Bu barədə 74.ru məlumat yayıb.

Məlumata görə “Lexus ” və “Mitsubishi” markalı iki minik maşını toqquşub. “Lexus ”un içində olan azərbaycanlı iki dostu ilə birlikdə Ufa şəhərinə gedirmiş.

Hadisə şahidlərinin bildirdiyinə görə, qarşıdan gələn “Mitsubishi” ilə toqquşan “Lexus ” anında alovlanıb. Avtomobildə olan 3 nəfər diri -diri yanıb.

“Mitsubishi”nin sürücüsü də qəza nəticəsində həlak olub.

Hadisə xəbərləri
Faktor.az digər xəbərlər