Rusiyada küçədə Azərbaycan vətəndaşının meyiti tapıldı

Rusiyada küçədə Azərbaycan vətəndaşının meyiti tapıldı

Ötən gün Rusiyanın Vasileostrovski rayonunda gecə yoldan keçənlər naməlum kişi cəsədi aşkar ediblər.


Anews.az open.az-a istinadən xəbər verir ki, bu barədə "Nevskiye Novosti" məlumat yayıb.


Yerli sakinlər hüquq-mühafizə orqanlarına dərhal müraciət ediblər. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.


Pols əməkdaşlarının sözlərinə görə, meyiti tapılan şəxs Peterburqda yaşayan 30 yaşlı Azərbaycan vətəndaşı olub.


Hadisənin səbəbləri araşdırılır. Meyit məhkəmə-tibbi ekspertizaya göndərilib.

www.anews.az

loading...

Hadisə xəbərləri
Anews.az digər xəbərlər