Rusiyada küçədə Azərbaycan vətəndaşının meyiti tapıldı

Rusiyada küçədə Azərbaycan vətəndaşının meyiti tapıldı

Ötən gün Rusiyanın Vasileostrovski rayonunda gecə yoldan keçənlər naməlum kişi cəsədi aşkar ediblər.

Sonxeber.az open.az-a istinadən xəbər verir ki, bu barədə "Nevskiye Novosti" məlumat yayıb.

Yerli sakinlər hüquq-mühafizə orqanlarına dərhal müraciət ediblər. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Pols əməkdaşlarının sözlərinə görə, meyiti tapılan şəxs Peterburqda yaşayan 30 yaşlı Azərbaycan vətəndaşı olub.

Hadisənin səbəbləri araşdırılır. Meyit məhkəmə-tibbi ekspertizaya göndərilib.

Açar sözlər
Azərbaycan , Rusiya
Hadisə xəbərləri
Sonxeber.az digər xəbərlər