Rusiyada raket istehsal edən zavodda yanğın baş verib - FOTO/VİDEO

Rusiyada raket istehsal edən zavodda yanğın baş verib - FOTO/VİDEO

Rusiyada raket istehsal edən zavodda yanğın baş verib - FOTO/VİDEO

Rusiyanın aparıcı silah-sursat istehsalçısı olan Krasnoyars Maşınqayırma Zavodunda (“Krasmaş”) yanğın baş verib.

İnterfaks-ın məlumatına görə yanğın “Biryusa” zavodunun anbarında başlayıb.Yanğın 5 min kvadrat metri əhatə edib.

Əldə edilən son məlumata görə, yanğın nəzarət altına alınıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən briqada cəlb edilib.

“Exo Moskvı” bildirib ki, yanğında xəsarət alan olmayıb. “Roskosmos”un rəhbəri Dmitri Raqozinə hadisə ilə bağlı müntəzəm məlumat verilir.Yanğının raket zavoduna keçməməsi üçün bütün tədbirlər görülüb. Krasnoyarsk sakinlərinə zəhərli tüstüdən qorunmaq üçün qapı və pəncərələri bağlamaq tövsiyə olunub.

Qeyd edək ki, “Krasmaş” sualtı gəmilər üçün ballistik raketlər hazırlayır. O həmçinin, “Zenit”və “Proton” raket daşıyıcıları üçün baza modul qovucu bloklar hazırlayır. Müəssisədə “Sarmat” qitələrarası raketlərin də istehsalı aparılır.

Hadisə xəbərləri
Oxu.az digər xəbərlər