Rusiyada raket zavodu yanır – VİDEO

Rusiyanın Krasnoyarsk şəhərindəki “Krasmaş” raket zavodu yanır.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, zavod korpuslarından birinin damı yanıb.
Yanğın qısa zamanda böyük əraziyə yayılıb və KİV-də yanğının 5 min kvadratmetr sahəni əhatə etdiyi göstərilib.
Hadisə nəticəsində yanan dam örtüyü dağılıb.
Hadisə yerində fövqəladə xidmətlər işləyir. Yanğını dördüncü çətinlik səviyyəsinə aid ediblər.