Rusiyada raket zavodu yanır - VİDEO

Rusiyada raket zavodu yanır - VİDEO

Rusiyanın Krasnoyarsk vilayətində "Krasmaş” zavodunda yanğın başlayıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yanğının ərazisi beş min kvadrat metr təşkil edir. Hadisə nəticəsində yanan dam örtüyü dağılıb.

"Krasmaş” zavodu sualtı qayıqlar üçün ballistik raketlər hazırlayır. Müəssisə, həmçinin yeni "Sarmat” kontinentlərarası raketin hazırlanması ilə məşğuldur.

Zavod 1932-ci ildən fəaliyyət göstərir və strateji əhəmiyyətli sayılır. \\BakuPost.az

Açar sözlər
Fövqəladə Hallar Nazirliyi , Rusiya , Krasnoyarsk
Hadisə xəbərləri
Regionxeberleri.com digər xəbərlər