Rusiyadan diri quş idxalına QADAĞA

Rusiyadan diri quş idxalına QADAĞA

Rusiya Federasiyasının bəzi ərazilərindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

"OLAYLAR"-a AQTA-dan bildirilib ki, Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə bu məhdudiyyət tətbiq ediləcək.

Qida Təhlükəsizliyi Agentliyindən əhaliyə edilən xəbərdarlıqda deyilir: "Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası və Stavropol diyarı ərazisində Nyukasl xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası və Stavropol diyarı ərazisindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası ərazisində və Stavropol diyarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə Azərbaycan Respublikasının ərazisinə gələn nəqliyyat vasitələrinin gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

İqtisadiyyat xəbərləri
Milli Onkologiya Mərkəzinin yeni korpusunda “VitalBeam™” xətti sürətləndirici sistemi istifadəyə verilib

Milli Onkologiya Mərkəzinin yeni korpusunda “VitalBeam™” xətti sürətləndirici sistemi istifadəyə verilib

26-04-2019 09:55 - Milliyol.az - İqtisadiyyat
Bununla yanaşı, imzalanmış saziş Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə göstərilən yüksək səviyyəli xidmətin dünyanın aparıcı klinikaları tərəfindən tanınmasını təsdiq edir.

 
 
 
 
 Populyarxəbərlər
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 10.02.2019
 
 
 
 
 

 
 
 
 
 
 11.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 12.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 



MOM-un şüa müalicəsi şöbəsinin müdiri, Əməkdar elm xadimi, professor İsa İsayev qeyd edib ki, tibb işçilərinin radioşüalanmanın mənfi təsirinə məruz qalmaması məqsədilə Mərkəzin şöbəsinin yeni korpusunun tikintisində Beynəlxalq Atom Enerjisi Agentliyinin tövsiyələri əsasında və Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nəzarəti altında spesifik materiallardan istifadə edilib.
Olaylar.az digər xəbərlər