Rusiyadan quş əti idxalı qadağan edildi

Rusiyadan quş əti idxalı qadağan edildi
16:51 26 Aprel 2019Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.
AQTA-dan Femida.az-a verilən məlumata görə, xəbərdarlıqda deyilir: "Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası və Stavropol diyarı ərazisində Nyukasl xəstəliyi qeydə alınıb.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası və Stavropol diyarı ərazisindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Çeçenistan Respublikası ərazisində və Stavropol diyarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə Azərbaycan Respublikasının ərazisinə gələn nəqliyyat vasitələrinin gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub".
Femida.az
Oxunub: 37
Oxşar xəbərlər
- Bakıda 2 avtomobil toqquşub - Ölən var
- Lənkəranda quşçuluq sexi yanıb
- Avtobusla minik maşını toqquşdu - 5 nəfər yaralandı
- Şəmkirdə iki maşın toqquşub, ölən və xəsarət alanlar var
- Siyəzəndə yük və minik avtomobilləri toqquşdu
- Minik və yük maşını toqquşdu, ölən var
- Qusarda yol tikintisinə 3 milyon ayrılıb
- Qobuda iki maşın toqquşdu - Ölən və xəsarət alan var
- Bakıda quşçuluq fabrikindən 170 min manatlıq məhsul oğurlanıb
- Xaçmazda quşçuluq ferması yandı