Rusiyadan sonra Azərbaycan da öz milli şəbəkəsini qura bilərmi? - Osman Gündüzdən açıqlama

Rusiyadan sonra Azərbaycan da öz milli şəbəkəsini qura bilərmi? - Osman Gündüzdən açıqlama

Xəbər verdiyimiz kimi, Rusiya parlamentinin alt qanadı Dumada ölkənin öz internet şəbəkəsinin qurulmasını ehtiva edən qanun layihəsi təsdiq edilib.

“Runet” adı verilən yeni şəbəkənin layihəsi Federasiya Şurasına göndəriləcək. Daha sonra şuranın təsdiqi ilə 1 noyabr 2019-cu il tarixindən qüvvəyə minəcək.

Məsələyə münasibət bildirən ekspert

BiG.AZ-a bildirib ki, bu layihə böyük investisiya tələb etdiyindən həyata keçirilməsi o qədər də real görünmür:

“Düşünürəm ki, bu xəbər ciddi bir məsləyə oxşamır. Bu nəhəng bir investisiya tələb edən sahələrdəndir. Əlbəttə ki, belə layihə Rusiyanın özünün siyasi maraqlarından doğan bir məsələdir. Son dövrlər bu dövlət tez-tez iqtisadi-siyasi təzyiqlərlə üzləşir. Ona qarşı sanksiyalar var və bu sanksiyalar güclənə bilər. Hesab edirəm ki, bu baxımdan, belə bir şəbəkənin dayanıqlılığı, onun faydalılığı şübhə doğurur. Ona görə də ola bilər ki, bu, sadəcə Rusiyanın digər dövlətlərin hansınasa mesajlar vermək üçün istifadə etmək planıdır”.

Azərbaycanda da belə bir milli şəbəkənin yaradılma ehtimalını qiymətləndirən ekspert bildirib ki, hazırda bizim ölkə üçün bu, müzakirə predmeti deyil:

“Hesab edirəm ki, Azərbaycan daxilində bu məsələ müzakirə predmeti ola bilməz. Hazırki dövrdə bizim özümüzün milli resurslarımızı inkişaf etdirməyimiz daha doğrudur, nəinki bu tip böyük maliyyə sərf edən layihələri həyata keçirmək. Hazırda kiber-təhlükəsizliklə bağlı ölkəmizdə bir sıra addımlar atılır. Həm dövlət, həm də qeyri-dövlət sektorunda bu təhlükəsizliklə bağlı məsələlərə cavabdeh qurumlar vardır. Bu qurumlar öz səlahiyyətləri çərçivəsində işlər aparır. Son dövrlərdə bu işlər demək olar ki, bir az da canlanıb. Təhlükəsizliklə məşğul olan qurumların koordinasiya komitəsi də yaradılıb. Bildiyiniz kimi, bir müddət öncə cənab prezident yeni fərman imzaladı. Bu fərmana əsasən də, İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Koordinasiya Komitəsi yaradıldı. Yəni bu istiqamətdə müəyyən addımlar atılır. Əlbəttə, internet varsa, rəqəmsal dünya inkişaf edirsə, deməli, kiber-təhlükələr də həmişə gözləniləndir. Ona görə profilaktik tədbirlər həmişə olmalıdır. Öz növbəsində texniki infrastruktur da ona uyğun qorunmalıdır".

Afaq Rza
Siyasət xəbərləri
Big.az digər xəbərlər