Rusiyanın Birinci kanalı Azərbaycanın işğal olunmuş ərazilərindən süjet hazırlayıb

Rusiyanın Birinci kanalı Azərbaycanın işğal olunmuş ərazilərindən süjet hazırlayıb

Rusiyanın Birinci kanalı Azərbaycanın işğal olunmuş ərazilərindən reportaj hazırlayıb.

Sonxeber.az xəbər verir ki, süjetdə məşhur "Səs. Uşaqlar-6" ("Голос.Дети-6") yarışmasının iştirakçısı Mixail Qriqoryan doğulduğu Xankəndi şəhəri haqda danışıb. Süjetdə velosipedlə şəhəri dolaşan, futbol olynayan, hərbi orkestrdə atası ilə bilikdə dirijorluq edən M. Qriqoryan Xankəndini Ermənistan ərazisi kimi təqdim edib.

Süjetdə Xankəndindəki abidələr və Şuşa şəhərində yerləşən kilsənin də kadrları nümayiş etdirilib.

Aprelin 24-də yayımlanmış süjetdə, həmçinin, qutab "jenqalov xats" erməni yeməyi kimi təqdim olunub. (ONA)

Açar sözlər
Mixail Qriqoryan , Azərbaycan , Rusiya , Ermənistan , Şuşa , Xankəndi
Siyasət xəbərləri
Sonxeber.az digər xəbərlər