Rusiyanın Ermənistandakı hərbi bazasında dava olub

Rusiyanın Ermənistandakı hərbi bazasında dava olub

Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında hərbçilər arasında dava olub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, sakinlər noyabrın 13-də iki nəfərin qışıqırıb, söyüş söydüklərini və dalaşdığını görüblər.

Sonradan onların Gümrüdəki hərbi hissənin əsgərləri-artilleriya diviziyasının ikinci batereyasının rabitəçisi 21 yaşlı sıravi Vladislav Romadin və həmin hərbi bazanın sürücüsü 20 yaşlı sıravi Dmitri Krasnin olduğu müəyyən edilib.

Açar sözlər
Rusiya , Ermənistan , Roma , Gümrü
Hadisə xəbərləri
Musavat.com digər xəbərlər