Rusiyanın isveçli diplomatlardan tələbi - Ölkədən çıxın!


Rusiya iki isveçli diplomatın ölkədən çıxmasını tələb edib.

Teleqraf.com-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, bu addımın cavab tədbiri olduğunu deyib.

Qeyd olunur ki, bu ilin fevralında İsveçrədə rusiyalı diplomat casusluq fəaliyyətində ittiham olunub və vizasının müddəti uzadılmayıb. Bir müddət sonra isə Rusiyanın yeni diplomatlarına viza verilməsindən imtina edilib.


Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər