Rusiyanın kölgə iqtisadiyyatının həcmi ÜDM-in 20%-ni təşkil edir

Rusiyanın kölgə iqtisadiyyatının həcmi ÜDM-in 20%-ni təşkil edir

Rusiyada 2018-ci ildə kölgə iqtisadiyyatının həcmi 20,7 trilyon rubl (təqribən, 320 milyard dollar) və ya ÜDM-in, təxminən, 20 faizini təşkil edib.


"Posta.az" xəbər verir ki, bu barədə RBK "Rosfinmonitorinq"in (maliyyə kəşfiyyatı) ilkin qiymətləndirməsinə istinadən məlumat verib.

Bildirilib ki, ölkədə 2017-ci ildə kölgə iqtisadiyyatı ÜDM-in 20,5%-ni, yaxud 18,9 trilyon rubl (təxminən, 290 milyard dollar) təşkil edib.

"Rosfinmonitorinq" qeyd edir ki, son illərdə həm ölkədən xaricə çıxarılan pul vəsaitlərinin, həm də xaricdən gələn kölgə maliyyə axınlarının həcmi xeyli dərəcədə azalıb.

Açar sözlər
Rusiya
İqtisadiyyat xəbərləri
İnsanlar tikdiyi evlərin rəsmi sahibi ola bilmir    - SƏNƏDSİZ EVLƏR PROBLEMİ

İnsanlar tikdiyi evlərin rəsmi sahibi ola bilmir - SƏNƏDSİZ EVLƏR PROBLEMİ

22-02-2019 09:13 - Demokrat.az - İqtisadiyyat
Çoxmənzilli binaların istismarına icazə verilməsi qaydalarının sadələşdirilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı fərmanla 2020-ci il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla, tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarına (yaşayış komplekslərinə) çıxarış veriləcək. Ekspertlər bu fərmanla “kupça”sız mənzillərin probleminin həll olunacağını qeyd edirlər. Eyni zamanda Bakıdakı sənədsiz evlər məsələsinin də növbəti mərhələdə həll olunacağı üçün müvafiq addımlar atılacağını vurğulayırlar. İllərdir Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməməsi problemi gündəmdən düşmür.  Min bir əziyyətlə başa gələn evlərin tam hüquqlu sahibi olmaq və qeydiyyata düşmək sadə vətəndaşın arzusu olaraq qalır.  Prezident İlham Əliyev məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə göstəriş versə də, hələ ki konkret nəticə hasil olmayıb. Hələ bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti hazırda paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən sənədsiz evlərin sayının 700 mindən artıq olduğunu açıqlamışdı. Ölkə başçısı 2015-ci ilin yanvarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalayıb.  Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Mətbuatın da diqqətlə izlədiyi məsələ öz həllini nə vaxt tapacaq? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, sənədsiz evlərin problemlərinin həll olunması üçün dövlət başçısı göstəriş verib: “Müəyyən arayışlar hazırlanıb və lazımi instansiyalara təqim olunub.