Rusiyanın patrul gəmisi Britaniyanın “Defender” esminesinə xəbərdarlıq atəşi açıb

Rusiyanın patrul gəmisi Britaniyanın “Defender” esminesinə xəbərdarlıq atəşi açıb

Rusiya donanmasının sərhəd patrul gəmisi Qara dənizdə Böyük Britaniyanın “Defender” esminesinə xəbərdarlıq atəşi açıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatına görə, esmines Qara dənizdə Fiolent burnu yaxınlığında ərazi sərhədini üç kilometr pozub. Böyük Britaniyanın “Defender” gəmisi sərhəd pozuntusu ilə bağlı ilkin xəbərdarlığa məhəl qoymayıb. Bundan sonra sərhəd patrul gəmisi xəbərdarlıq atəşi açmağa məcbur olub.

Birləşmiş Krallığın Müdafiə Nazirliyi isə öz növbəsində bildirib ki, “Defender” esminesi beynəlxalq hüquqa uyğun olaraq Ukrayna ərazi sularından dinc keçid edib.

Açar sözlər
Qara Dəniz , Müdafiə Nazirliyinin Mətbuat Xidməti , Tass , Böyük Britaniya , Rusiya , Ukrayna
Siyasət xəbərləri
Azertag.az digər xəbərlər