Rusiyanın Qarabağın işğalında iştirakına daha bir sübut –Erməni bloger Şuşada tapdı...- FOTO

1988-ci ildən bəri keçmiş SSRİ və 1991-ci ilin sonundan bu yana Rusiya ordusu və “QRU”, “KQB” kimi xüsusi xidmət və kəşfiyyat qurumlarının Qarabağda erməni separatçılığının baş qaldırmasında və sonradan hərbi əməliyyatlarda ermənilərin üstünlük qazanaraq torpaqlarımızın daha 20 faizini işğal etməsindəki rolu haqda özümüz çox danışırıq, yazırıq. Ancaq nə Rusiya dövləti özü bunu etiraf edir, nə də beynəlxalq təşkilatlar və Qərb dövlətləri bu faktı ciddi şəkildə təsdiqləyirlər...
Düzdür, Qarabağ savaşı zamanı Azərbaycanda yaşayan digər millətlərin nümayəndələri kimi işğalçılaraq qarşı gerçəkdən, ürəkdən savaşaraq həlak olmuş rus əsgər və zabitlər də olub. Eləcə də müəyyən uğurlu əməliyyatlarda əsasən pul, içki, qiymətli hədiyyə hesabına bəzi keçmiş sovet komandirləri bizlərə də yardım ediblər. Amma ermənilərə daha ciddi, Rusiya dövləti səviyyəsində dəstək verildiyindən onlar sonda torpaqlarımızı işğal edə biliblər və məhz buna görə də Şuşada gəbərən rus hərbçilərə abidə qoyublar...
Sultan Laçın