Ryuqu asteroidində yaradılmış süni kraterin diametri 10 metrdən çoxdur

Ryuqu asteroidində yaradılmış süni kraterin diametri 10 metrdən çoxdur

Tokio, 10 may, AZƏRTAC

Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyinin (JAXA) yaydığı məlumata görə, Ryuqu asteroidində yaradılmış süni kraterin diametri 10 metrdən çox, dərinliyi isə iki metrdən üç metrədəkdir.

AZƏRTAC xəbər verir ki, hazırda agentlik iyunun ortalarında “Hayabusa-2” kosmik zondunun kraterin daxilinə və ya yaxınlığına enişinin mümkünlüyünü araşdırır.

Xatırladaq ki, “Hayabusa-2” zondu ötən ay “Impaktor” adlı qurğudakı metal obyektlə atəş açaraq tarixdə ilk dəfə asteroidin səthində süni krater yaradıb.

Hazırda JAXA kosmik zondu kraterə endirərək daha çox süxur nümunələri əldə etməyə çalışır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

İKT xəbərləri
Azertag.az digər xəbərlər