Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron rayonunun bəzi ərazilərində işıq olmayacaq

BAKI, 15 aprel — Sputnik. Aprelin 16 və 17-si tarixlərində bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iki gün ərzində saat 10.30-dan 15.30-dək Masazır Yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.

İqtisadiyyat xəbərləri
Sputnik.az digər xəbərlər