Sabah bu universitetlərdə dərs olmayacaq

Sabah bu universitetlərdə dərs olmayacaq

Sabah Bakıda bəzi universitetlər fəaliyyət göstərməyəcək.

Oxu.Az-ın məlumatına görə, buna səbəb “Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin keçirilməsidir.

Belə ki, yarışların keçiriləcəyi ərazidə yerləşən təhsil müəssisələrinin - Azərbaycan Dövlət Pedoqoji, Qərbi Kaspi və İqtisad Universitetlərinin əsas korpusunda təhsil alan tələbələr dərsə getməyəcəklər.

Qeyd edək ki, “Formula-1” üzrə SOCAR Azərbaycan Qran-Prisi aprelin 26-dan 28-nə qədər davam edəcək.

İlhamə Əbülfət

İdman xəbərləri
Oxu.az digər xəbərlər