"Sabah" Ukrayna millisinin sabiq üzvünü transfer etdi

"Sabah" Ukrayna millisinin sabiq üzvünü transfer etdi

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az xəbər verir ki, ukraynalı qapıçı Dmitri Bezruk bundan sonra "Sabah"ın uğurları üçün çalışacaq. 23 yaşlı qapıçı ilə 3 illik müqavilə imzalanıb.
Ukraynanın "Çernomorets" (Odessa) klubunun yetirməsi olan Bezruk, peşəkar karyerasında ancaq bu komandada çıxış edib. O, Ukraynanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.

Bezruk "Sabah"da 32 nömrəli formada çıxış edəcək.

Milli.Az

İdman xəbərləri
Milli.az digər xəbərlər