"Sabah" ukraynalı futbolçu aldı

"Sabah" ukraynalı futbolçu aldı

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Publika.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqamızın debütantı ukraynalı qapıçı Dmitri Bezruku transfer edib. 23 yaşlı qapıçı ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ukraynanın “Çernomorets” (Odessa) klubunun yetirməsi olan Bezruk, peşəkar karyerasında ancaq bu komandada çıxış edib. O, Ukraynanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.

Açar sözlər
Odessa , Ukrayna
İdman xəbərləri
Publika.az digər xəbərlər