Sabirabadda avtomobil su kanalına düşüb, ölənlər var

Sabirabadda avtomobil su kanalına düşüb, ölənlər var

Sabirabad rayonunun Koğlar kəndi ərazisində baş vermiş yol qəzasında dünyasını dəyişən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb, 2 yaralı var.

Şamaxı rayon sakini, 1983-cü il təvəllüdlü Nuhiyev Arzum Sabahəli oğlunun idarə etdiyi 56-BC-449 qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobilin su kanalına düşməsi nəticəsində sürücünün atası 1955-ci il təvəllüdlü Nuhəliyev Sabahəli Seyidəli oğlu və qardaşı 1980-ci il təvəllüdlü Nuhəliyev Zamin Sabahəli oğlu dünyasını dəyişib.

Sürücü özü və onun anası 1958-ci il təvəllüdlü Nuhəliyeva Xədicə Lələ qızı xəsarət alaraq Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qadının vəziyyəti daha ağırdır.

Hadisə xəbərləri
Faktor.az digər xəbərlər
Nərimanovda Qələbənin 74-cü ildönümü qeyd edilib

Nərimanovda Qələbənin 74-cü ildönümü qeyd edilib

09-05-2019 18:30 - Faktor.az - Siyasət

Mayın 9-u Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində faşizm üzərində Qələbənin 74-cü ildönümü ilə əlaqədar mərasim keçirilib.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev xalqımızın faşizmə qarşı mübarizədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərdiyini qeyd edərək, şanlı Qələbəyə neft Bakısının töhfəsinin də əvəzsiz olduğunu, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyətinin Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdiyini diqqətə çatdırıb.
 
Natiq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşdığını söyləyib.

Ulu Öndərimizin bu siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən A.Fərzəliyev, ölkəmizdə müharibə veteranlarına göstərilən dövlət qayğısını sosial siyasətin əsas istiqamətlərindən biri kimi səciyyələndirib.

“Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksinin dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını nəzərə çatdıran icra başçısı, tezliklə sözügedən kompleksdə Heydər Əliyev Fondu tərəfindən yenidənqurma işlərinin həyata keçiriləcəyini və faşizm üzərində Qələbənin 75-ci ildönümünün artıq tam yenilənmiş olacaq fərqli bir görünüşlü məkanda baş tutacağını bildiridi.

Milli Məclisin deputatı Adil Əliyev çıxışında tarixi Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənlimizin canlarından keçməsini, Azərbaycanın igid oğul və qızlarının müharibə tarixinə parlaq səhifələr yazmasını, veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrini xüsusi vurğulayıb.

Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Azərbaycan dövlətinin rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyinin yüksək qiymətləndirildiyini xüsusi qeyd edib.

Tədbirdə retro avtomobillərin yürüşü təşkil olunub.