Sabirabadda xalçaya bükülmüş kişi meyiti tapılıb

Sabirabadda xalçaya bükülmüş kişi meyiti tapılıb

Sabirabadda naməlum kişi meyiti tapılıb.

REAL ONA-ya istinadənverdiyi məlumatagörə, hadisə rayonun Minbaşı kəndində qeydə alınıb. Kənd ərazisində xalçaya bükülmüş naməlum kişi meyiti aşkar edilib. Meyiti tapılan şəxs 50-55 yaşlarındadır. Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisə xəbərləri
Realtv.az digər xəbərlər
Heydər Əliyev-96 - VİDEO

Heydər Əliyev-96 - VİDEO

10-05-2019 19:15 - Realtv.az - İqtisadiyyat
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunan “Heydər Əliyevin müasir yol infrastrukturuna qayğı və töhvələri” adlı tədbir keçirilib.

Tədbirdən öncə Dövlət Agentliyinin rəhbərliyi və kolektivi ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini yad ediblər.

Daha sonra tədbir cəmiyyətin akt zalında davam etdirilib.

Giriş nitqi ilə çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov müstəqil dövlətimizin memarı və qurucusu olan Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, neft və sənaye sahələrinə verdiyi töhvələr, həyata keçirdiyi irimiqyaslı layihələrdən söz açaraq, Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi dəyişikliklər nəticəsində bütün sahələrdə olduğu kimi, yol təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyulduğunu bildirib.

Qeyd edək ki, ümummilli liderHeydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə avtomobil yollarının kənarlarında ağacəkmə aksiyaları keçirib.

Aksiyalar çərçivəsində Bakı şəhərinin avtomobil yollarının mühafizə zolaqlarına, yolötürücüləri və yolqovşaqlarının ərazilərinə ümumilikdə 11 min, respublikanın magistral avtomobil yollarının mühafizə zolaqlarına isə 85 min müxtəlif növ ağac, gül və kol bitkiləri əkilib.

Beləliklə son 4 ay ərzində paytaxtın və respublikanın avtomobil yollarının mühafizə zolağında 96 min müxtəlif növ ağac və kol bitkisi əkilib.